Dərc edildi: Baxış sayı: 604
Aşıq Alı - Eyləsin
Peymanında qalan yarı,
Xaliq müdam var eyləsin.
Baxt ulduzu şölələnsin,
Haqqı ona yar eyləsin.
Dağ, dağ olmaz, qarsız ola,
Bağ, bağ olmaz, barsız ola.
Bir gözəl ki, arsız ola,
Dövran onu xar eyləsin.
Zənən bəddisə ərinə,
Məzarın qazdır dərinə;
Qoyma Alının sərinə,
Bu dünyanı dar eyləsin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət