Dərc edildi: Baxış sayı: 788
Aşıq Alı - Eylər-eylər
Bir elə mövlanın ətəyindən tut,
Aləmə imdadı ol, eylər-eylər.
Zərrəcə nəzəri olsa üstündə
Yerdən daş götürsən ləl eylər-eylər.
Böhtan demə, böhtan tutar adamı,
Mənim bu sözlərim gövhər mədəni.
Cəhənnəm odunnan betər adamı
Yoxsulluq yandırar kül eylər-eylər.
Alıyam, sözlərim safadır-safa,
Dünya müxənnətdir, insan bivəfa.
Hökm eyləsə Ağrı ilə o Qafa,
Tökər dəryalara sel eylər-eylər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət