Dərc edildi: Baxış sayı: 493
Aşıq Alı - Etibarınandı
Ay ağalar, ay qazılar,
Mənim işim zarınandı.
Bir anlamaz yar əliylə
Yaralarım sarınandı.
Zərgər də zərinən oynar,
Dövlətli varınan oynar.
Hərə bir karınan oynar,
Mənimki də xarınandı.
Aşıq Alı gülü bəstə,
Dərdindən olmuşam xəstə,
İlqar verən durar üstə,
O da etibarınandı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət