Dərc edildi: Baxış sayı: 566
Aşıq Alı - Ellərdi
Dolananda yad diyarı,
Müdam sorağım ellərdi.
Qəmli qəlbim novbahardı,
Qürurlu dağım ellərdi.
Gül dərdim, gülə bənd oldum,
Bir tuti dilə bənd oldum,
Gəşt etdim, elə bənd oldum,
Eşqim, marağım ellərdi.
Bu Alıyla qada yetə,
Cəm olarlar - səda yetə.
İgidləri dada yetə,
Zağlı yarağım ellərdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət