Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Düşdü

Aşıq Alı - Düşdü
Sakura

Aşıq Alı - Düşdü

Bir gargah qurmuşam, yüz min qolu var,
Hər telində dilbər, bir şanə düşdü.
Ömür keçdi, cavan qəddin büküldü,
Yasəmən zülflərə nişanə düşdü.

Əldə şanə zülfün dara bir yana,
Hurilər, pərilər, dilbər bir yana,
Dərdimi yüklədim, oldu bir xana,
Dəryada nəhəngə, ümmana düşdü.

Dibi dərya, başı qar, qübara bax,
Yar sinəsi səmər vermiş nara bax,
Deyər Aşıq Alı, sən bu kara bax,
Mömün narə, kafər rizvana düşdü.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR