Dərc edildi: Baxış sayı: 561
Aşıq Alı - Çürüdü
İstəyirəm qələm alım söz yazım,
Sel-sel oldu sinəm başı çürüdü.
Qohum-qardaş, dost-müsahib yad oldu
Vaxt da keçdi cavan ömrüm çürüdü.
Fələk qəhr eylədi saldı çöllərə,
İntizaram göz tikərəm yollara,
Yazaram vəsfimi düşər dillərə,
Qəza gəlib ətrafımı bürüdü.
Alıyam, sinəmdə eşqin sevdası,
Atlaz mimtənəsi, gümüş baftası,
Çalxanır dəryada suyun sonası,
Bilmirəm mələkdi, yoxsa hürüdü
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət