Dərc edildi: Baxış sayı: 517
Aşıq Alı - Ayağı belə
Bimürvət yar məni candan eylədi,
Tutubdu dəstində ay ağı belə.
Can deyən dostlarım, can qardaşlarım
Olubdu canıma a yağı belə.
Dar günümdə yetiş dedim, ay ağa,
Müxənnətə göydən bala a yağa.
Bir iyid ki, enə başdan ayağa
Kəsilər dostların ayağı belə.
Ah deyər ömrüm sinə yetəndə,
Oxudum dərsimi sinə yetəndə.
Vədəm tamam olub, sinə yetəndə
Bükəllər qəddimə ay ağı belə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət