Dərc edildi: Baxış sayı: 378
Aşıq Alı - Ay üzə-üzə
Hicranım, möhnətim, dərd ilə qəmim
Az qalıb canımı ay üzə, üzə.
Namərdin fitnəsi alır canımı,
Heç demir canımı ay üzə-üzə.
Qəvvas kimi dəryalara dalmışam.
Şirin canım kəməndinə salmışam.
Qərq olmuş gəmiyəm, burda qalmışam,
Sonalar çalxanır ay üzə-üzə.
Alıyam, axtarram həqiqi dostu,
İlqarın bütünü həqiqi dostu.
Müxənnət olmasa həqiqi dostu,
Dost deyər sözünü ay üzə, üzə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət