Dərc edildi: Baxış sayı: 507
Aşıq Alı - Ay edər qıj-qıj
Yağar leysan, dağda qarı əridər,
Şəlalə sədası ay edər qıj-qıj.
Açar xəlic, xakı salar irağa,
Sədası sərində ay edər qıj-qıj.
Açırsan qəşəng xan ad aşa dəyər,
Yada həcər atsan, adaşa dəyər.
Daşar çaylar, sellər a daşa dəyər,
Səngin sədasından ay edər qıj-qıj.
Ərş əlada dal qeydinə dal qalar,
Qaçhaqaçda hey geride dal qalar,
Aşıq Alı, şaxə qalxar dalqalar,
Nərəsin çəkəndə ay eylər qıj-qıj.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət