Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( VI hissə)

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( VI hissə)
Sakura

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( VI hissə)

Aşıx Alı sana qurvan,
Gəl eyləmə bağrımı qan.
Əldən uçdu tülək-tərlan,
Sar da kəklik alan oldu.

İmirzə kişi baxıf gördü kü, qızın atası adamlarına deyir ki, Aşıx Alıyı da vurun,
dədəsini də. Yazıx İmirzə kişi Aşıx Alının arxasınnan hərrənirdi ki, qoy atılan güllə
qavaxca mana dəysin. Kürk qalındı bəlkə saxlıya. Bala dediyin bağır ətidi. Allah
heş kimi tək eləməsin. Bir azdan ara qarışdı, məssəf itdi. Camahat iki tiriyə
bölündü: kimi Aşıx Alıya hax qazandırdı, kimi də toy yiyəsinə.
Aşıx Alı baxıf gördü kü, bunnarın sözünü az adam deyir. Amma camahatın
bəzisi annadı ki, İmirzə kişidə silah var. Nədisə kürkün altındadı. Əlini atıf
çıxartmax isdiyir. Dodaxaltı da, deyir ki, çoxdan çox öləjək, azdan az. Bu yerdə
görək aldı Aşıx Alı nə dedi:

Beybəfa dost məni cannan elədi,
Tutufdu dəstində ayaq almasın.
Girdim dostun baxçasını seyr etdim,
Görmədim bağında ayaq almasın.

Camahatın hamısı Aşıx Alıya baxıf hayfısdandı. Ayə, Allah eliyəydi toya qan
düşmüyəydi.

Katıvısan oxu dərsin hər aya,
Bayram ayı demək olmaz hər aya.
Şahlar şahı özün yetiş haraya,
Düşman bu günümdə ayaq almasın.

İmirzə kişi elə fikirrəşdi ki, Aşıx Alı təkdi deyən özünə kömək isdiyir. Əli
xançalın dəstəsində köyrəldi. Dedi: - Ayə, a bala, sənin üstünə ayax alan kimdi?
Aldı görək Aşıx Alı nə dedi:

Deyər Aşıx Alı yara bağlıya,
Kamil təbib gərək yara bağlıya.
Yar ixlasın özgə yara bağlıya,
Həftə tamam oluf, aya qalmasın.

Niftalı irəli yeriyif dedi:
- A camahat, mənnən küsmüyün. Mən qızımı Xudaverdinin oğluna vermirəm.
Camahat dedi:
- Niyə, a Niftalı?
- Ona görə ki, Aşıx Alı haqq aşığıdı. Mənim qızıma qarğadı. Gözümün ağıqarası
bir uşağım var. Niyə getsin bədbaxt olsun.
Camahatın yarısı ayağa qalxdı.
- A Niftalı, onda qızı Aşıx Alıya verək.
Bir neçə ağsaqqal yerinnən qalxıf dedi:
- Düz deyir, qavaxdan Niftalı qızın "hə"sini Aşıx Alıya verif, qız ona deyiklidi.
Aldı görək Aşıx Alı indi nə oxudu:

Uçufdu könlümün qəlbi hasan,
Bir sütun vurdunuz damı dayansın.
Hər kim dostdan dosta yaman qandırsa,
Qıyamat oduna damı da yansın.

Camahat baxıf gördü, kim ki, Aşıx Alının sözünü demir, haqq aşığı onu
qarğıyır. Dedilər:
- Xudaverdidən ötrü damımızı niyə başımıza uçurdurux? Niyə qarğış yiyəsi
olurux?
Alı isə oxuyurdu:

Dedim əğyar özü nədi, sözü nə?
Baxgınan qaşına, ala gözünə,
Axirətdə bir öy tiksə özünə,
Uçmasın başına, damı dayansın.

Camaat baxıf gördü kü, Aşıx Alı açıx-aşkar deyir:
- Kim ki, mərdimazardı, qoy onun evi başına uşsun.

Deyər Aşıx Alı acar ovluya,
Zambur şirə çəkə acar ovluya.
Hər kim dostun qoyuf acar ovluya,
Od vur qapısına damı da yansın.

Söz tamama yetən kimi Çamırrının ağsaqqalı ayağa qalxıf dedi:
- Ay camahat, heş kim səs-küy salmasın. Ay İmirzə, irəli gəl Xudaverdi nə
verifsə, o başdığı sən ver Niftalıya.
Aşıx Alı sazını götürüf evlərinə qayıtdı. İmirzə irəli yeriyif dedi:
- A Xudaverdi, nə verifsən?
Dedi:
- Yüz manat qızıl pul. Bir həftə də bu camahatın yeyif-içdiyinin hamısını.
İmirzə onun nə təmənnası vardı, hamısını ödədi. İrəli yeriyif Niftalının əlinnən
tutdu.
- A Niftalı, "hə" alanda pulum olmadı. Bu iki onnux sənin "hə" demən. Üç yüz
manat qızıl pul başdıx istəmişdin. Ala bu da sənin başdığın.
Xudaverdiyə dedi:
- Di zurnaçılarını götür get. Camahat dedi:
- Ayə, zurnaçı neyliyir sana? Qoy çalsınnar. İmirzə dedi:
- Yox, mana ürəkdən çalan zurnaçı lazımdı. Çaxırrıdan Balay Söyünü
gətirəjəm. Camaat razılaşıf Bəsti xanımı Alıya verdi.
O vaxtdar gəlin atnan gəlirdi. İmirzə kişinin bir atı varıydı. Bir-neçə atı da
Mustafa göndərdi ki, gəlinin qavağında at oynatsınnar. Gəlini ata mindirdilər.
İmirzə kişi bir əlinnən atın yüyəninnən, o biri əlinnən də üzəngisinnən tutuf,
başınnan arvadı yanına çağırdı.
- Ay ölü qızı, ölü, gəlif gəlinin qavağında oynasana!
Gəlin qapıya çatdı. Camahat axışıf gəldi. Elə gözəl bir toy keçirdilər ki, daa nə
deyim? Xudavəndi-aləm hamıya oğul toyu, qız toyu qismət eləsin.
Aşıxlar toyun sonunda bəy tərifi söylüyər, sonra da bir duvaqqapamaynan
məclisi başa çatdırallar. Biz də bu söhbətimizi beləcə başa çatdırax:

Təzə bir gözəl çıxıfdı, -
Dağlar maralı, Gülpəri.
Hər kəsə qarşı gəlsə,
Yandırar narı, Gülpəri.
Camalınnan haya edir,
Dağların qarı, Gülpəri,
And verirəm öz baxtına,
Pozma ilqarı Gülpəri.

Gülpəri, nə Gülpəri,
Bənzər cənnət almasına.
Ay, gün görsə haya edir,
Keçər bulud daldasına.
Eşidənnər heyran qalır,
Bu gözəlin sədasına.
Nə ola qədəm basasan,
Bir bizə sarı, Gülpəri.

Hər kim belə gözəl alsa,
Baxtafar onun başına.
Yüz yaşında qoja olsa,
Enər on səkkiz yaşına.
Görənnər heyran qaldı,
Onun süzgün baxışına.
Cəllad kimi aman vermir,
Qurudur darı, Gülpəri.

Aşıx Hajı, qurvan eylə,
Canını belə ceyrana.
Çoxlarını dəli edif,
Salıf çöllü-biyavana.
Hər kim belə gözəl alsa,
Zəhmət versin şirin cana,
Səyyat tor qursa tərlana,
Ovlar şikarı, Gülpəri.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR