Dərc edildi: Baxış sayı: 843
Aşıq Abbas Tufarqanlı - Pərim
Səhər-səhər sərçeşmələr başında,
Gün kimi dağlara yayılan Pərim!
Hər kəs məndən sənə yaman qandırsa,
Ya əqrəb dişləsin, ya ilan, Pərim!
Qovma dərgahmdan şirin nökəri,
Geymərəm hər şalı, hər qələmkəri,
Hicran xəstəsiyəm, yeməm şəkəri,
Qoynundakı nara qayılam, Pərim!
Götür sürməni çək qaşına gəlsin.
Çal əyri çalmanı başma gəlsin,
Abbasın sözləri xoşuna gəlsin,
Hurilər qızından sayılan Pərim!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət