Dərc edildi: Baxış sayı: 641
Aşıq Abbas Tufarqanlı - Göz ala
Bir gözəlsən şövqün düşüb cahana,
Yoxdur sənin kimi gözəl, göz ala.
Mən aşiqəm Cahana,
Canım qurban Cahana,
Haqqın əziz bəndəsi,
Xoş gəlmisən cahana.
Yaradan yaradıb salmış cahana,
Yoxdu sənin kimi gözəl, göz ala.
Bağbansan bağa bax, işini gör
Bağ bəslə, bağ becər, bağ işini gör,
Aşıq, bax, işini gör,
Bağa bax, işini gör,
Nə yatdm kamil ovçu,
Maralm baxşmı gör.
Hələ sən tərlanm baxışmı gör,
İstəyir canımı gözəl göz ala.
Abbas deyər: mən qurbanam sənə yar,
Uzun boylu, tuti dilli sənə yar.
Mən aşiqəm sənə yar,
Sənə verdim sənə yar,
Qərib aşıq, qürbət el
Canım aldm sən ayar.
Dolandım dünyanı neçə sənə yar,
Görmədim sən kimi gözəl, göz ala.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət