Dərc edildi: Baxış sayı: 538
Aşıq Abbas Dəhri - Bayatılar
Hər gələn özün bilməz,
Danışar, sözün bilməz,
Bulaqdan su doldurar,
Çeşmənin gözün bilməz.
Əziz oğlum, qoy qalsın,
Doldur qəlyan, qoy qalsın,
Sözün keçməyən yerdə,
Ürəyində qoy qalsın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət