Dərc edildi: Baxış sayı: 793
ASCO-nun “Gəncə” tankeri Hayfa limanından erməni terroruna etiraz edib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid və hazırda xarici sularda üçrəngli bayrağımız altında istismar olunan "Gəncə" tankerinin heyəti oktyabrın 11-də ermənilər tərəfindən Gəncənin raket atəşinə tutulmasına etirazlarını bildiriblər.
Ens.az xəbər verir ki, bu barədə “Report” ASCO-ya istinadən xəbər verir.
Dənizçilər İsrailin Hayfa limanında üzərində #PrayForGanja yazılan plakatlar açaraq foto çəkdirib və müxtəlif həştəqlərlə sosial şəbəkələrdə paylaşıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət