Slimfit
  1. MEDİA

“ASAN xidmət” təcrübəsi “Afrika şəhərlərinin 8-ci Forumu”nda

“ASAN xidmət” təcrübəsi “Afrika şəhərlərinin 8-ci Forumu”nda
Sakura

“ASAN xidmət” təcrübəsi “Afrika şəhərlərinin 8-ci Forumu”nda

20-24 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti  “Afrika şəhərlərinin 8-ci Forumu”nda iştirak etmək məqsədilə Mərakeş Krallığında  səfərdə olub. Səfər Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG-Afrika) baş katibi Jan Pier Elonq Mbassinin dəvəti ilə həyata keçirilib.

            Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Orqanları Təşkilatının Mərakeş Krallığının Daxili İşlər Nazirliyi ilə birlikdə təşkil etdiyi Foruma Afrika qitəsini təmsil edən ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının və şəhər, yerli idarəetmə orqanlarının rəhbərləri, məmur və ekspertləri iştirak ediblər. Həmçinin tədbirə Avropa və Asiya dövlətlərinin, beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmiləri, diplomatik korpus və akademik dairələrin nümayəndələri qismində 5000-dən çox iştirakçı qatılıb.

            Forum çərçivəsində 500-dən çox, o cümlədən 22 noyabr tarixində Dövlət Agentliyinin təşkilatçılığı ilə “Dövlət Xidmətlərinin göstərilməsində innovasiyalar” mövzusunda sessiya keçirilib.

            Sessiyaya sədrliyi Kamerunun Nqulemakonq şəhərinin meri Albert Aniset Akoa, moderatorluğu Dövlət Agentliyinin Aparat rəhbəri edib.

            Sessiya zamanı BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Xidmətlərində İnnovasiyalar bölməsinin direktoru Con-Meri Kauzya, Yaponiyanın Tsukuba şəhərinin meri Tatsuo İqaraşi, Fransanın Hudan şəhərinin meri Jan-Meri Tetar, Uqanda Yerli İdarəetmə Assosiasiyasınn Prezidenti Corc Mutabaz, Beynəlxalq Dövlət Xidmətləri Qeyri-Hökumət Təşkilatının Regional katibi Evelin Akeç, Afrika Dövlət İdarəetməsi Assoasiyasının Cənubi Afrika Respublikası bölməsinin Beynəlxalq Əməkdaşlıq Departamentinin müdiri Matayva Busieka, Tanzaniya Yerli İdarəetmə Orqanları Assosiasiyasının sədri Abubakar Qulamhaffez tərəfindən çıxışlar edilib.  Onlar dövlət xidmətlərində innovasiyalarla bağlı Afrika, Avropa və Asiya təcrübələrinə, mövcud problemlər, çətinliklər və qabaqcıl təcrübələrə əsaslanan həllər və gələcək fəaliyyətə həsr olunmuş mövzulara dair çıxışlar ediblər.

            Eyni zamanda, sessiyada Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət”in innovasiyalara yönəlmiş fəaliyyətini əks etdirən geniş təqdimat edib. Son illərdə Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan “ASAN xidmət”in innovasiyaların tətbiqi  sahəsində əldə etdiyi nailiyyətlər və vətəndaş məmnunluğu barədə məlumat verilib, dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsindəki  uğurlu təcrübə diqqətə çatdırılıb. “ASAN xidmət” modeli əsasında dünyanın bir sıra ölkələrində, o cümlədən Afrika ölkələri olan Mərakeş və Uqanda, habelə UCLG Africa təşkilatı ilə dövlət xidmətləri sahəsinin təkmilləşdirilməsi üzrə əməkdaşlığın aparıldığı qeyd edilib. Azərbaycanın “ASAN xidmət” modelinin BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görüldüyü xüsusilə vurğulanıb.

            “ASAN xidmət” təcrübəsi və onun tətbiqi sessiya iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

            Sessiya öz işini müzakirələrlə davam etdirib. Sonda sessiyanın yekunları üzrə tövsiyələr qəbul olunub.

            Forumun işində iştirakla yanaşı bir sıra ikitərəfli görüşlər də keçirilib. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Xidmətlərində İnnovasiyalar Bölməsinin direktoru Con-Meri Kauzya, UCLG Afrika təşkilatının Afrika Yerli İdarəetmə Orqanları Akademiyasının rəhbəri Nəcat Zarruk, Fransanın Hudan şəhərinin meri Tetar ilə keçirilən görüşlərdə “ASAN xidmət” təcrübəsinin Afrika yerli və regional orqanlarında, habelə Fransa şəhərlərində tətbiqi, BMT çərçivəsində müvafiq mövzuda toplantılara “ASAN xidmət”in töhfəsi, digər əməkdaşlıq perspektivləri müzakirə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR