Slimfit
  1. CƏMİYYƏT

ASAN xidmət

ASAN xidmət
Sakura

ASAN xidmət

"ASAN xidmət"— Azərbaycan Respublikasındadövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. > ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dir (azərb.Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 15 mərkəz fəaliyyət göstərir. Onlardan beşi Bakıda, onu isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 27 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində on bir dövlət orqanının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.

 

Tarixi

Yaradılması

Azərbaycan RespublikasıPrezidenti İlham Əliyevin2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən "ASAN xidmət" mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyiyaradıldı. Həmin ilin 5 sentyabrında Prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu. Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2018-ci il tarixli Sərəncamı ilə Ülvi Mehdiyev Dövlət Agentliyinin sədri təyin edilib.

 

İnkişafı

29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı oldu. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirirməklə 15 yanvar tarixində fəaliyyətə başladı. 3 may 2013-ci ildə Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışı olub. Bundan bir neçə həftə sonra - mayın 24-də Bakıda ikinci "ASAN xidmət" mərkəzinin açılışı olub, bu mərkəz iyunun 5-də vətəndaşlara xidmət göstərməyə başlayıb. 17 sentyabr 2013-cü ildə Bakıda üçüncü mərkəzin açılışı olub. 2013-cü ilin sonlarında, dekabrın 21-də Azərbaycanda beşinci "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bu mərkəz Gəncədə fəaliyyətə başladı. 23 yanvar 2014-cü ildə "ASAN xidmət" mərkəzlərindən istifadə edən vətəndaşların sayı 1 milyona çatdı. 2014-cü ildə "ASAN xidmət" İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edib.

2014-cü ildə mayın 7-də Bakıda sayca dördüncü "ASAN xidmət" mərkəzinin açılışı oldu. Həmin ilin yayında "ASAN xidmət" səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü. 2014-cü ilin dekabr ayının 15-də Sabirabadda "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bu, ölkədəki yeddinci mərkəz idi. Sabirabad "ASAN xidmət" mərkəzi açıldığı gün OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görüldü. Bundan təxminən üç ay sonra, 13 mart 2015-ci ildə Bərdədə Azərbaycanda sayca səkkizinci "ASAN xidmət" mərkəzinin açılışı oldu. 2015-ci ildə "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (ing.United Nations Public Service Award 2015) layiq görülüb. 2015-ci ilin martın 2-də "ASAN xidmət" Britaniya Əməyin Mühafizəsi Şurasıtərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” sahəsi üzrə qalibi olub. Həmin ilin yayında, iyulun 14-də Azərbaycanda hələlik 5 saylı Bakı "ASAN xidmət" mərkəzi açıldı. 2016-cı ildə Masallı və Qəbələdə də "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. 2017-ci ildə Qubada, 2018-ci ildə isə Mingəçevirdə, İmişlidə və Şəkidə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb.

 

Fəaliyyət

"ASAN xidmət" mərkəzlərində iş gedişi

"ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyintabeliyindədir və "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir. "ASAN" modelinin altı əsas prinsipi var: operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq. Mərkəzlərdə dövlət xidmətləri əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur. Hər mərkəzdə təxminən 100-ə yaxın könüllü çalışır.

Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət mərkəzlərin ilk mərtəbəsində yerləşən məlumat bölməsindən başlayır. Qeydiyyat prosesi avtomatlaşdırılıb, xüsusi aparatlarla həyata keçirilir. Bu işdə vətəndaşlara könüllülər kömək edir. Könüllülər vətəndaşlara ərizə yazılmasında da kömək edir. Mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün həmçinin səyyar avtobuslardan da istifadə olunur. İndiyə qədər "ASAN xidmət" mərkəzlərinə 25 milyondan çox müraciət edilib. Vətəndaşlara göstərilən xidmətlərdən məmnunluq dərəcəsi 98-100% arasında dəyişir.

"ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri saat 09:00-dan 17:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.

 

Mərkəzlər

Mərkəz

Açılış tarixi

Əhatə dairəsi

1 saylı Bakı

15 yanvar 2013

Bakıda qeydiyyatda olan vətəndaşlar

2 saylı Bakı

24 may 2013

3 saylı Bakı

17 sentyabr 2013

4 saylı Bakı

7 may 2014

5 saylı Bakı

14 iyul 2015

Sumqayıt

3 may 2013

Sumqayıt şəhərində, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Şamaxı və Qobustan rayonlarında qeydiyyatda olan vətəndaşlar

Gəncə

21 dekabr 2013

Gəncə şəhərində, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan vətəndaşlar

Sabirabad

15 dekabr 2014

Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarında və Şirvan şəhərində qeydiyyatda olan vətəndaşlar

Bərdə

13 mart 2015

Bərdə, Ağdam, Ağcabədi, Ağdaş, Laçın, Yevlax, Tərtər rayonlarında və Mingəçevir şəhərində qeydiyyatda olan vətəndaşlar

Masallı

3 sentyabr 2016

Masallı, Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonunda qeydiyyatda olan vətəndaşlar

Qəbələ

10 avqust 2016

Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan  rayonunda qeydiyyatda olan vətəndaşlar

Quba 

7 dekabr 2017

Quba, Qusar, Xaçmaz və Şabran rayonunda qeydiyyatda olan vətəndaşlar

Mingəçevir 

27 fevral 2018

Mingəçevir şəhəri, Yevlax, Ağdaş və Göyçay rayonunda qeydiyyatda olan vətəndaşlar

İmişli

22 oktyabr 2018

İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonunda qeydiyyatda olan vətəndaşlar

Şəki

29 oktyabr 2018

Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının ərazisində qeydiyyatda olan vətəndaşlar

 

Xidmətlər

Dövlət orqanlarının göstərdiyi xidmətlər

"ASAN xidmət" mərkəzlərində 11 dövlət qurumu və özəl müəssələr tərəfindən birgə 300-dən çox müxtəlif xidmətlər həyata keçirilir.

Xidmət

Xidməti göstərən dövlət orqanı

Notariat fəaliyyəti

Ədliyyə Nazirliyi

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı

Məhkumluq barədə arayışların verilməsi

Daxili İşlər Nazirliyi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi

Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi

Milli Arxiv İdarəsi

Əmək pensiyalarının təyin edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı

Əmlak Məsələləri Dövlət Komitəsi

Miqrasiya xidmətləri

Dövlət Miqrasiya Xidməti

Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı

Vergilər Nazirliyi

Gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu

Dövlət Gömrük Komitəsi

Hərbi qeydiyyat

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Lisenziyaların verilməsi

İqtisadiyyat Nazirliyi

Sertifikatlaşma və qeydiyyat

Qida Təhlükəsizliyi Agentliyi

 

Səyyar "ASAN xidmət"

Səyyar xidmətin təşkil olunduğu avtobuslardan biri

2013-cü ilin iyunun 1-dən etibarən "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Səyyar avtobuslar hər bölgədə təxminən iki həftə qalırlar. Hal-hazırda xidmət göstərən səyyar avtobusların sayı ondur. Bakı və Sumqayıt şəhərində qeydiyyatda olan vətəndaşlar bu xidmətdən sifarişlə istifadə edə bilirlər. İndiyə qədər səyyar "ASAN xidmət"ə 1 500 000 çox müraciət edilib.

 

ASAN Qatar

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Xidmətlər 4 dövlət orqanı (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təqdim olunur.

 

ASAN Kommunal

Prezident İlham Əliyevin 2016-cı ilin mayında imzaladığı Fərmanla “ASAN kommunal” mərkəzlərinin yaradılması Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılmışdı. Qısa müddətdə “ASAN kommunal” xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə tədbirlər görüldü “ASAN Kommunal” mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir. Hazırda Bakı şəhərində 2 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir.

 

Funksional yardımçı xidmətlər

Fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində həmçinin bank, sığorta, hüquqi yardım, tibb, tərcümə, foto, mədəniyyət tədbirlərinə bilet satışı xidmətləri fəaliyyət göstərir.

 

Digər xidmətlər

Çağrı mərkəzi

Çağrı mərkəzi vasitəsilə Azərbaycan vətəndaşları "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər haqda məlumatlar əldə edə, təklif və iradlar bildirə, növbə tuta bilərlər. Bu xidmət 2013-cü ildə yaradılıb. Həmçinin mərkəzlərdə yerləşdirilmiş xüsusi elektron köşk vasitəsilə də vətəndaşlar Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Onlayn növbə

"ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərdən istifadə etmək üçün "ASAN xidmət"in saytında onlayn növbə tutmaq mümkündür.

Özünə xidmət

"ASAN xidmət" mərkəzlərində vətəndaşların dövlət orqanlarının xidmətlərindən məlumatlanması, müraciətlər edə bilmələri üçün internetə çıxışı olan kompüterlər yerləşdirilib.

İdeya bankı

İdeya bankı vasitəsilə vətəndaşlara sistemin inkişafı üçün öz təkliflərini verə bilərlər. İndiyə qədər İdeya bankına yüzlərlə təklif göndərilib və onların bir çoxu reallaşıb.

Sənədlərin çatdırılması

"ASAN xidmət" mərkəzlərində təklif olunan xidmətlərdən biri də "Sənədlərin çatdırılması" xidmətidir. Bu xidmət 1, 2, 3 və 5 saylı saylı Bakı "ASAN xidmət" mərkəzilərinəmüraciət etmiş şəxslərə təklif olunur.

 

Layihələr

"ASAN xidmət" vətəndaşlara xidmətdən başqa digər sahələrə də öz töhfəsini verir. "ASAN xidmət" IDEA İctimai Birliyi və "Azersun Holding" MMC ilə birlikdə Azərbaycanın bir neçə bölgəsində “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” sosial aksiyası keçirib. 2015-ci ildə "ASAN xidmət"lə "Neftçi PFK" arasında titul sponsorluğu ilə bağlı müqavilə imzalanıb. "ASAN xidmət" Daxili İşlər Nazirliyi və Sağlam Ailə Tibb Mərkəzinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” adlı sosial aksiya keçirib. Bu aksiyanın məqsədi məktəblilərin vaxt itirmədən şəxsiyyət vəsiqələri ilə təmin olunması idi. Aksiya çərçivəsində minlərlə şagird vəsiqə ilə təmin olundu. "ASAN xidmət" nəqliyyat sahəsinə də öz töhfəsini verib. "ASAN xidmət" ASAN Könüllüləri Gənclər Təşkilatı və "Bakubus MMC"-nin birgə təşkilatçılığı ilə 2015-ci ildə "Nəqliyyat bələdçisi" adlı layihə keçirilib. 2016-cı ildə Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsində vəziyyət gərginləşdikdən sonra "ASAN xidmət" mərkəzlərində könüllülərin təşkilatçılığı Azərbaycan Silahlı Qüvvələrinə dəstək olmaq üçün "Əsgərə məktub" adlı layihəyə start verilib.

 

ASAN Könüllüləri Gənclər Təşkilatı

ASAN Könüllüləri Gənclər Təşkilatı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllüləri birləşdirir. Təşkilat 2013-cü ildə yaradılıb. Elə həmin il təşkilatın ilk qurultayı keçirilib. Təşkilat könüllülər üçün təlimlər, müxtəlif layihələr, yay məktəbləri təşkil edir.

 

Statistika

Aşağıdakı cədvəldə "ASAN xidmət" mərkəzlərində qeydə alınan yubiley müraciətlər göstərilib:

Say

Tarix

Qeydə alındığı mərkəz

1 milyon

23 yanvar 2014

1 saylı Bakı "ASAN xidmət" mərkəzi

2 milyon

məlumat yoxdur

3 milyon

məlumat yoxdur

4 milyon

məlumat yoxdur

5 milyon

məlumat yoxdur

6 milyon

məlumat yoxdur

7 milyon

2 dekabr 2015

Sabirabad "ASAN xidmət" mərkəzi

8 milyon

11 fevral 2016

Səyyar "ASAN xidmət"

9 milyon

məlumat yoxdur

10 milyon

10 iyun 2016

5 saylı Bakı “ASAN xidmət” mərkəzi

11 milyon

məlumat yoxdur

12 milyon

20 oktyabr 2016

5 saylı Bakı "ASAN xidmət" mərkəzi

18 milyon

30 oktyabr

Gəncə "ASAN xidmət" mərkəzi

19 milyon

8 yanvar 2018

1 saylı Bakı "ASAN xidmət" mərkəzi

21 milyon

16 aprel 2018

ASAN Qatar

22 milyon

8 iyun 2018

Səyyar ASAN xidmət

23 milyon

26 iyul 2018

Səyyar ASAN xidmət

24 milyon

10 sentyabr 2018

Sumqayıt "ASAN xidmət" mərkəzi

25 milyon

5 noyabr 2018

5 saylı Bakı "ASAN xidmət" mərkəzi

26 milyon

25 dekabr 2018

Şəki "ASAN xidmət" mərkəzi

27 milyon

13 fevral 2019

1 saylı Bakı "ASAN Kommunal" mərkəzi

 

Mükafatlar

"Uğur 2013" "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə" nominasiyası qalibi: 2013;

  • İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat: 2014;
  • Sabirabad "ASAN xidmət" mərkəzi, OHSAS 18001:2007 standartı: 2014;
  • BMT-nin Dövlət Xidmətləri Mükafatı: 2015;
  • Britaniya Əməyin Mühafizəsi Şurası “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” sahəsi üzrə mükafat: 2015;
  • “Dövlət saytı” nominasiyasında NETTY-2018 Azərbaycan Milli İnternet Mükafatı: 2018
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR