Slimfit
  1. ELM

“ASAN Peşə” layihəsi üzrə boş qalan yerlərə sənəd qəbulu başlanır

“ASAN Peşə” layihəsi üzrə boş qalan yerlərə sənəd qəbulu başlanır
Sakura

“ASAN Peşə” layihəsi üzrə boş qalan yerlərə sənəd qəbulu başlanır

Sentyabrın 4-dən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələri üzrə boş qalan yerlərə sənəd qəbuluna başlanılacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində ödənişsiz formada həyata keçirilir.

Sentyabrın 10-dək davam edəcək bu prosesdə müsabiqənin ilk mərhələsində uğur qazana bilməyənlər də iştirak edə bilərlər.

Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulunun birinci mərhələsində 11 min 17 nəfər qeydiyyatdan keçib. Onlardan 9 min 196-sı müsabiqədən müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN Peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR