Slimfit
  1. TARİX

Arxeoloqlar Qahirənin cənubunda 4 min yaşı olan məqbərələr aşkar ediblər

Arxeoloqlar Qahirənin cənubunda 4 min yaşı olan məqbərələr aşkar ediblər
Sakura

Arxeoloqlar Qahirənin cənubunda 4 min yaşı olan məqbərələr aşkar ediblər

Alabama ştatı universitetindən olan bir qrup alim Misirin Qədim Abidələr Nazirliyi ilə birgə Misirdə aparılan tədqiqat işləri çərçivəsində Qahirənin cənubundakı Lişt kəndinin ərazisində yaşı təxminən 4000 il olan qədim qəbiristanlıq aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, alimlərin fikrincə, qəbiristanlıqdakı məzarlar təxminən eramızdan əvvəl 1785-ci ildə başa çatmış Orta çarlıq dövrünə aiddir. Bu yer həm də 12-ci sülaləyə mənsub olan bir neçə fironun piramida şəkilli kompleksləri ilə məşhurdur. Bu, öz ölçülərinə görə Misirdə ən böyük qəbiristanlıqlardan biridir. Lakin Lişt kəndindəki ehram kompleksləri turistlər üçün, məsələn, Qizedəki məşhur ehramlar kimi cəlbedici deyil, çünki onlar qismən dağıdılmış vəziyyətdədir.

Hazırda alimlər qədim məzar daşlarında qalmış heroqliflərin şifrini açmağa çalışırlar. Onlar öz tədqiqatlarını sənədləşdirib və qədim qəbiristanlığın 3D-xəritəsini tərtib ediblər.

Ehramlar kompleksinin başçısı Adel Okaşinin fikrincə, alimlərin bu ərazidə daha nə isə tapması ehtimalı azdır, çünki qəbirlərin əksəriyyəti hələ qədim zamanlarda qarət edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR