Artıq insanlar barmaq izindən deyil, yerişindən tanınacaq
Hər fərdin özünəməxsus gəzmək tərzinə sahib olmasından ilhamlanan elm adamları süni intellekt texnologiyasından istifadə edərək şəxsiyyəti təyin etmək üçün yeni bir sistem ərsəyə gətirib.
Publika.az xəbər verir ki, sistemdə minlərlə addım həm yerə yerləşdirilən təzyiq əyləcləri, həm də yüksək keyfiyyətli kameralar vasitəsilə müşahidə edilib.
“Sinir şəbəkəsi” adlandırılan süni intellekt hər bir yeriş tərzindəki ağırlığın paylanmasını, sürətini və 3D ölçülərini analiz edib və insanların gəzişindəki spesifik cəhətləri təyin edib.
“SfootBD” adı verilən addım tanıma sistemi proqramının yaradıcılarından olan Mançester Universitetinin kompüter mühəndisi Omar Kostilla Reyes, təxminən, 24 fərqli faktor və davranışın insanların özünəməxsus, fərqli yeriş tərzinə sahib olmalarını təmin etdiyini söyləyib.
Layihədə yeriş tərzinin dəyişdirilməsi ilə süni intellektin səhv edib-etməyəci də sınaqdan keçirilib. Sistem yalnız 0,7% xətaya yol verib.
“SfootBD” gələcəkdə hava limanları daxil olmaqla, təhlüksəzlik nəzarət məntəqələri olan yerlərdəki barmaq izi və ümumi yoxlanış aparatları kimi tətbiqlərin yerini alacaq.
Süni intellektdən istifadə edilən yeni sistemin əvvəlki üsullardan 380 qat daha həssas olduğu bildirilir. Barmaq izi və digər üsullarla müqayisədə daha aqressiv olsa da, passiv təbiəti ilə yeni sistemdən gizlicə istifadə oluna bilər. Lakin sistem təzyiq əyləcləri və yüksək keyfiyyətli kameralarla işlədiyi üçün istənilən yerdə istifadə olunması çətindir.
Digər bir problem isə sistemin sadəcə verilənlər bazası, yəni proqram qədər güclü ola bilməsidir. Yalnız gəzmək tərzi sistemə əvvəldən köçürülmüş insanlar tanına bilir.
Zümrüd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət