Slimfit
  1. MARAQLI

Artıq gözləriniz yaşarmayacaq

Artıq gözləriniz yaşarmayacaq
Sakura

İnsanlar artıq soğan doğrayarkən ağlamayacaqlar

Evdarlar üçün yaxşı xəbər var! Tezliklə soğan doğrayarkən ağlamayacaqsınız!

Ens.az Britaniyanın “Təbiət” jurnalına istinadən xəbər verir ki, yapon alimləri gözləri yaşartmayan yeni soğan növünün kəşfi ərəfəsindədirlər.

Dahilər bizi istəmədən ağlamağa məcbur edən fermenti izolyasiya ediblər. Beləliklə, onlar keyfiyyəti itməyən və eyni dada malik olan genetik modifikasiya olunmuş soğanı yaratmaq istəyirlər.

“Biz soğanı doğrayarkən istəmədən gözləri yaşardan fermenti aşkar etmişik”, - enzimoloq Şinsuke İmay bildirib.

İmay və əməkdaşları əmindirlər ki, soğanın dadı və aromatı tərəvəzin başqa maddələrindən alınır və həmin ferment aradan qaldırıldıqdan sonra onun qidalandırıcı xüsusiyyətlərini dəyişməyəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR