"Arsenal"ın dörd futbolçusu Avropa Liqasında debüt edə bilər
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərə "Arsenal"ının heyətində 4 futbolçu ilk turda debüt edə bilər.
“Report” “Caughtoffside” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Unay Emeri Ukraynanın "Vorskla" komandası ilə görüşdə Bernd Leno və U-23 komandasından bir neçə oyunçuya şans verməyi düşünür.
Komandaya yeni transfer olunan almaniyalı qapıçı rəsmi görüşlərdə debüt etməyib. “Vorskla”ya qarşı oyun qolkiper üçün debüt matçı ola bilər. Eyni zamanda Edvard Nketia, Emil Smit-Rou və Xulio Pleqezelo “Arsenal”ın heyətində “Vorskla”ya qarşı forma geyinə bilər. Hər 3 futbolçu U-23 komandasının “Blekbern”lə oyununu buraxsa da, “Arsenal”ın əsas komandası ilə məşqlərdə iştirak edib. Nketia keçən mövsüm “Arsenal”ın heyətində Liqa Kuboku qarşılaşmasında debüt edib.
Qeyd edək ki, sentyabrın 20-də Londondakı “Emirates” stadionunda keçiriləcək “Arsenal” – “Vorskla” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət