“Arsenal”ın baş məşqçisi: Mxitaryan xəstələnib
UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unai Emeri və futbolçusu Aleks Ayvobi mətbuat konfransına çıxıb.
Oxu.Az xəbər verir ki, ispaniyalı baş məşqçi sabahkı oyun haqda bunları bildirib:
“Uzun səfər idi. Hər bir turnirə ciddi yanaşırıq. Bu matça da həmçinin. Sabah bizi çətin oyun gözləyir. “Qarabağ” ötən mövsüm iki oyunda “Atletiko”dan xal almağı bacarıb. Biz bu komandanın nəyə qadir olduğunu bilirik.
Bəzi oyunçular Bakıya gəlməyib. Mxitaryan mental olaraq Bakıya gələ bilməzdi. Biz Bakıya daha hazır oyunçularla gəlmişik. Mxitaryan xəstələnib.
Aaron Remzinin qız övladı olacaq. Ona görə bizdən xahiş etdi ki, gəlməsin. Onun Bakıya gəlməməsi müqavilə məsələləri ilə bağlı deyil.
Bernd Lenonun çıxışından razıyam. Böyük ehtimalla, sabah qapıda o olacaq.
Mənim işim futboldur. Ona görə də Qarabağ konflikti haqda məlumata malik deyiləm”.
Aleks Ayvobi isə görüş haqda bunları bildirib:
“Oyundan əvvəl Bakıda məşq etməyimizin böyük üstünlüyü var. Çünki bu meydanda oynayacağıq”.
Qeyd edək ki, matçın start fiti sabah saat 20:55-də Bakı Olimpiya Stadionunda səslənəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət