Dərc edildi: Baxış sayı: 794
“Arsenal” Azərbaycana qarşı təxribata görə cəzalandırıldı
İngiltərənin “Arsenal” klubu UEFA tərəfindən 15 min avro cərimələnib.
Oxu.Az xəbər verir ki, səbəb dekabrda UEFA Avropa Liqasının “Qarabağ”la oyununun gec başlaması və meydana kənar şəxsin girməsi olub.
Həmin şəxs qondarma "Dağlıq Qarabağ" bayrağı ilə stadiona girməklə təxribata yol verib ki, bu da UEFA-nın meydan sahibi London klubunu cəzalandırması ilə nəticələnib.
Qeyd edək ki, həmin matçda “Arsenal” 1:0 qalib gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət