Arsen Venger: "Gələcəkdə baş məşqçilərin yerində robotlar əyləşəcək"
“Yaxın gələcəkdə futbol matçlarında hansı oyunçunun əvəzetmədən meydana çıxacağını sosial şəbəkələrdə azarkeşlər arasında sorğu ilə müəyyənləşdirəcəklər”.
“Report” xəbər verir ki, bunu “beIN Sports”a İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger deyib. Fransalı mütəxəssisin sözlərinə görə, bu, yaxın gələcəkdə adi hal kimi qəbul olunacaq: “Futbol bu istiqamətdə irəliləyir. Bu cür şeylərlə barışmaq mənim üçün çətin olar. Çünki köhnə fikirli insanam. Amma hamı sosial şəbəkələrin müasir dünyadakı vacibliyini yaxşı anlayır”.
A.Vengerin fikrincə, gələcəkdə baş məşqçilərin yerində robotların əyləşməsi də mümküdür.
Qeyd edək ki, A.Venger 1996-2018-ci illər ərzində "Arsenal"ın baş məşqçisi vəzifəsində çalışıb..
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət