Slimfit
  1. MARAQLI

Arıqlamaq üçün 3 əsas ipucu

Arıqlamaq üçün 3 əsas ipucu
Sakura

Arıqlamaq üçün 3 əsas ipucu

Artıq çəkinizdən qurtulmaq istəyirsiniz? Amma bunda çətinlik çəkirsiniz? Təqdim edəcəyimiz ipuclarından istifadə edərək artıq çəkiyə asanlıqla "yox" deyə bilərsiniz.

Parafr.az arıqlamaq üçün 3 əsas ipucunu təqdim edir:

1. Doyumlu səhər yeməyi

Arıqlamaq əksəriyyət üçün daha az yemək və günün hansısa hissəsində ac qalmaqla eyni anlam daşıyır. Ancaq həqiqət bundan fərqlidir. Əsl səhər yeməyi əskiksiz, doyurucu və çeşidli olmalıdır. Bədəninizin ehtiyac duyduğu enerjini əldə etməsi üçün səhər yeməyində təbii meyvə şirələri, qəhvə, eləcə də müəyyən miqdarda karbohidratlı ərzaqlar olmalıdır. 

2. Gündə bir saat idman edin

Arıqlamaq deyiləndə ilk ağla gələnlərdən digəri qida rasionunu dəyişdirməkdir. Bəzi ərzaqlardan vaz keçin və ya əvəzləyicisindən istifadə edin. Çünki düzgün qidalanma arıqlamaq üçün əsas şərtdir. Ancaq təkcə pəhriz saxlamaq arıqlamaq üçün yetərli deyil. Məqsədinizə tez və doğru şəkildə çatmaq üçün idman etməkdə fayda var. Məşq sayəsində daha çox kalori sərf edə, metabolizmanı sürətləndirə bilərsiniz. 

3. Sağlam qəlyanaltıya üstünlük verin

Yemək vaxtları xaricində nələrsə yeməyin zərərli və kökəlməyinizə səbəb olduğunu yəqin çox eşitmisiniz. Amma bu, tam doğru deyil. Sağlam qidalardan istifadə etməklə iştahınızı tənzimləyə, beləcə, çox da ac qalmaya bilərsiniz. 

Arıqlamaq üçün pəhriz saxlamaq məcburiyyətində deyilsiniz. İdeal çəkiyə çatmaq üçün düzgün və sağlam qidalanmaq, idmanla məşğul olmaq yetərlidir. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR