Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Arıqlamağa kömək edən 3 ən yaxşı içki

Arıqlamağa kömək edən 3 ən yaxşı içki
Sakura

Arıqlamağa kömək edən 3 ən yaxşı içki

Əgər siz arıqlamaq istəyirsinizsə, onda bilmək lazımdır ki, bunu etməyin yeganə düzgün yolu - fiziki məşqləri balanslaşdırılmış dieta ilə birləşdirməkdir. Amma yağ çöküntülərinin yandırılması prosesini sürətləndirən bir neçə içki növü mövcuddur.

Onlardan ən effektli olanları bunlardır:

Orqanizmi təmizləyən şirələr

Şübhəsiz ki, təmizləyən şirələr əlavə çəki ilə mübarizədə ən yaxşı vasitədir. Şirəni birbaşa mətbəxdə təzə meyvə və ya tərəvəzlərdən hazırlamaq mümkündür. Məlumdur ki, sitrus meyvələri güclü detoks fəaliyyətinə malikdir, buna görə də arıqlamaq istəyən insan onları öz rasionuna daxil etməlidir. Təmizləyən şirəni hazırlamaq üçün yüksək sellüloz tərkibli istənilən məhsuldan (məs: alma, kök, zəncəfil) istifadə etmək olar. Belə məhsullar həzm prosesi fəaliyyətini nizamlayır və onu təmin edir.

Təmizləyən şirələrin iki vacib funksiyası var - orqanizmi toksinlərdən, zərərli kimyəvi birləşmələr və maddələrdən təmizləmək və artıq çəkini sürətlə, təbii və daha asan itirmək prosesini sürətləndirmək. Əlavə çəkidən qurtulmaq istəyənlər üçün ildə bir və ya iki dəfə detoks krusları keçmələri məsləhət görülür.

Yaşıl çay 

Yaşıl çay artıq əsrlərdir ki, rahiblər tərəfindən əsas içki kimi istifadə edilir. Onun bir çox faydalı xüsusiyyəti də var ki, onlardan biri də çəkinin azaldılmasıdır. Gündə bir fincan içərək siz bütün lazımi antioksidantları əldə edəcəksiniz ki, onlar da öz növbəsində orqanizmdə maddələr mübadiləsini yaxşılaşdıraraq, yağı daha tez əritməyə kömək edəcəklər. Yaşıl çay kalorinin əksər hissəsini əritmək, ümumi energetik səviyyəni artırmaq və iştahanı yatırmaq üçün çox uyğundur. İştahanın yatırılması insan tərəfindən yeyilən yeməyin kəmiyyətini azaldır ki, bu  da effektiv olaraq arıqlamağa imkan verir. Faktiki olaraq, iştahanın yatırılması çəkinin azaldılmasının əsas mexanizmidir. Həmçinin yaşıl çay stressi azaldır və daha rahat olmağa imkan verir. Bu metodla rahatlanmanı çin rahibləri, həmçinin yoqa ilə məşğul olan insanlar çoxdan istifadə edirlər.

Təbii kofe

Məlumdur ki, normal miqdarda qara kofe sağlamlığın yaxşılaşdırılmasına səbəb olur. O, xərçənglə xəstələnmə riskini azaldaraq sərbəst radikallarla mübarizə aparan antioksidantlardan ibarət deyil, həmçinin diabet və ürək xəstəliklərinə tutulmağın qarşısını alır. Kofein metobolizmi yüksəltmək üçün ideal olaraq uyğundur. Çəkinin azaldılması üçün kofe şəkərsiz və şirinləşdiricilərsiz istifadə olunur. Əks halda içkinin effekti itir. Unutmayın ki, qara kofenin həddən artıq istifadəsi ürək xəstəlikləri və naxoşluğa səbəb ola bilər, buna görə də qəbul edilən içkinin miqdarını nəzarətdə saxlamaq lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR