Slimfit
  1. İDMAN

Arif Rəhimov: “İnsanlar bundan sonra da ictimai yerdə toplaşmaqdan çəkinəcək”

Arif Rəhimov: “İnsanlar bundan sonra da ictimai yerdə toplaşmaqdan çəkinəcək”
Sakura

Arif Rəhimov: “İnsanlar bundan sonra da ictimai yerdə toplaşmaqdan çəkinəcək”

“Formula-1”lə razılığa gəlmişik ki, bizdən əvvəlki yarışın ləğv olunma təhlükəsi yaranarsa, bizim yarışın yeni tarixini təsdiqləyək”.

Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov “Forbes”ə açıqlamasında deyib.

O, iyunda keçirilməsi təxirə salınmış Azərbaycan Qran Prisinin yeni tarixinin hələ müəyyənləşmədiyini bildirib.

Ancaq bu yarışı oktyabr ayında keçirmək istəyən Azərbaycan şərtlərini qarşı tərəfə açıqlayıb:  

“Əgər “Formula-1” şərtlərimizlə razılaşarsa, onda inanıram ki, bilet satışına heç bir mənfi təsir göstərmədən möhtəşəm bir Qran Pri keçirə bilərik. Yəqin ki, “Formula-1” təqvimində bu il az yarış olacaq. Bu isə o deməkdir ki, azarkeşlər öz ölkələrindəki yarış ləğv olunsa, yaxınlıqdakı ölkənin yarışına baxmaq üçün səfər etmək istəyəcək”.

Bununla belə, A.Rəhimov bu yarışlara tribunalarda azarkeş marağının əvvəlki tək olmayacağını da qeyd edib:

“Ümid edirəm ki, COVID-19 virusunu məğlub edəcəyik. Ancaq bu, sosial zərbə ola bilər. İnsanlar bundan sonra da ictimai yerdə toplaşmaqdan çəkinəcək.

Bundan əlavə, gözlənilən iqtisadi geriləmə adətən əyləncələrə və yarışlara xərclənən gəlirlərin azalması demək olacaq”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR