Slimfit
  1. AZƏRBAYCAN

Arıçılıqda məhsuldarlıq 2 dəfəyədək artacaq

Arıçılıqda məhsuldarlıq 2 dəfəyədək artacaq
Sakura

Arıçılıqda məhsuldarlıq 2 dəfəyədək artacaq

Xaçmazda yerli fermerlərlə birgə tətbiq ediləcək yeni innovativ metodlar nəticəsində hər arı yeşiyindən 15 kiloqram əvəzinə 28 kiloqram bal alınması gözlənilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, belə ki, arıçılıqda məhsuldarlığın artırılması və belə təsərrüfatlarda müasir texnologiyalardan geniş istifadənin təşviqi məqsədilə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”i çərçivəsində fermerlərə alınacaq səyyar arı pavilyonlarının quraşdırılması nəticəsində məhsuldarlığın 2 dəfəyədək artırılması gözlənilir.

GPS tərəzilərlə təmin edilmiş fermerlər ərazilərin məhsuldarlığına nəzarət edə bilməklə yanaşı, ehtiyac olduğu təqdirdə, bal istehsalı zamanı qarşıya çıxa biləcək problemlərə operativ müdaxilə etməklə məhsuldarlığın və keyfiyyətin aşağı düşməsinin qarşısını ala biləcəklər.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə APİAZ MMC şirkəti arasında bağlanmış müqaviləyə əsasən istehsalçı-emalçı tərəfdaşlığı əsasında qurulan “Xaçmazda müasir üsulla bal istehsalı və emalı“ dəyər zənciri layihəsinin həyata keçirilməsi nəticəsində şirkət ətrafda yerləşən bir qrup arıçılıq təsərrüfatlarından əldə edəcəyi balı müasir üsullarla emal edib, qablaşdırıb satışını təşkil edərək hazır məhsulun daxili və xarici bazara çıxışını təmin edəcək. Layihənin maliyyə dəstəyi ilə şirkətin Xudat şəhərində fəaliyyət göstərən bal emalı və qablaşdırılması müəssisəsinin müasirləşdirilməsi Quba, Xaçmaz, Yevlax, Bərdə və Zaqatala rayonlarından olan fermerlərin məhsullarının qəbul edilərək daha keyfiyyətli şəkildə emal və qablaşdırılmasına imkan yaradacaq.

Müasir texnologiyaların tətbiqi yüksək keyfiyyətli bal əldə etməyə imkan verməklə yanaşı, məhsuldarlığın artmasına, maya dəyərinin aşağı düşməsinə və beləliklə, istehsal edilmiş məhsulların daxili və xarici bazarda daha rəqabətqabiliyyətli səviyyəyə çatmasına imkan yaradacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR