Slimfit
  1. AZƏRBAYCAN

Arıçılara saxladıqları hər arı ailəsinə görə 10 manat veriləcək

Arıçılara saxladıqları hər arı ailəsinə görə 10 manat veriləcək
Sakura

Arıçılara saxladıqları hər arı ailəsinə görə 10 manat veriləcək

Arıçılara subsidiya verilməsi qaydası təsdiqlənib.

Fins.az-ın məlumatına görə, Nazirlər Kabinetinin № 400-li qərarı ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya (10 manat məbləğində) verilməsi qaydaları təsdiqləndi.

 

Qaydalara görə,

a) arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları uçota alınmalıdır;

b) subsidiyanın təyin olunmasını yerlərdə yaradılacaq komissiyalar müəyyən etməlidir;

v) arıçılar şəxsiyyət vəsiqəsi, VÖEN-in, bank hesabına malik olmalıdır;

q) arıçı əldə etdiyi məhsul barədə hər il oktyabrın 30-dək hesabat hazırlayaraq rayon (şəhər) komissiyalarına təqdim etməlidir.

Subsidiyanı təyin edəcək komissiyanın iş prinsipləri: 1. 15 gün müddətində yerli icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə nümayəndəsi və arıçının iştirakı ilə məlumatlar yerində dəqiqləşdirərək arı ailələrinin mövcudluğunu yoxlayır və düzbucaqlı formada plastik materialdan hazırlanan lövhəni şurup vasitəsilə pətəyin yuxarı sağ küncünə bərkitməklə, arı ailəsinin (pətəyinin) identikləşdirilməsini təmin edir; 2. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon (şəhər) komissiyaları tərəfindən akt tərtib edilir; 3. Aprel ayının 30-dan sonra əldə olunan arı ailələri növbəti ildə identikləşdirilir və hər arı ailəsinə (pətəyə) görə subsidiya təyin olunur; 4. Arı ailələri satıldıqda, bağışlandıqda, təbii fəlakət, xəstəliklər və digər səbəblər nəticəsində məhv olduqda, o cümlədən identikləşdirmə kodu (lövhə) itirildikdə, arıçı 5 gün müddətində komissiyaya məlumat verməli və aparılmış identikləşdirilmə ləğv edilməlidir; 5. hər il iyunun 15-dək subsidiya veriləcək arıçılar və onların saxladıqları arı ailələri (pətəkləri), subsidiyanın məbləği barədə məlumatlar “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilməli, hesablanmış subsidiya arıçının bank hesabına köçürülməsi üçün onların bank hesabına dair məlumatlar Nazirliyə göndərilməlidir; 6. Arıçıya dair sənədlər mərkəzi komissiya tərəfindən baxılmalı və 20 gün ərzində subsidiyanın verilməsi ilə bağlı sifariş Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməlidir; Bu mexanizm yalnız gələn ildən işə düşə bilər, bank hesablarının açılması və plastik kartların hazırlanması arıçıların öz vəsaiti hesabına həyata keçirilməlidir, subsidiya mexanizmi yaxın 5 il müddətində qüvvədə olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR