Slimfit
  1. ELM

Arı-robotlar həşəratlar məhv olduğu halda bitkiləri tozlandıra bilər

Arı-robotlar həşəratlar məhv olduğu halda bitkiləri tozlandıra bilər
Sakura

Arı-robotlar həşəratlar məhv olduğu halda bitkiləri tozlandıra bilər

Kənd təsərrüfatının aparılmasının müasir metodları və qlobal istiləşmənin yüksək tempi arıların mövcudluğunu təhlükə altında qoyur. Hollandiyanın Delft Texniki Universitetindən olan alimlər qrupu bu problemin mümkün həlli üzərində işləməyə başladı və onu əvəz edən robot yaratdı.

Robohouse adlanan yeni holland mərkəzində əmindirlər ki, arı dronlar layihələndirə bilərlər ki, onlar çətin hərəkət xətlərini, arıların aerodinamikasını təkrarlaya bilərlər və həşəratlar məhv olduqda bitkiləri tozlaya bilərlər. Yaradılmış prototiplərin qanadlarının vurması tezliyi saniyədə 17 dəfədir. Onlar havada bir nöqtədə donub qala, istənilən istiqamətdə uça və 360 dərəcədə dönə bilərlər. Dronların uçma sürəti 24 km/s təşkil edir, onlarda xüsusi sensorlar quraşdırılacaq ki, maneələri aşmağa və havada öz “qohumları” ilə qarşılaşmağa kömək edəcək.

Layihə üzərində işləyən Matey Karasek deyir ki, onlar milçək və ya arıları köçürməyə çalışmırlar, onlardan öyrənməyə cəhd edirlər, amma texnologiyalar bu dronların nə dərəcədə kiçik olmasını məhdudlaşdırır. Arı robotlar 33sm ölçüsündə qanadlara və 29q çəkiy malikdir, yəni adi arıdan 55 dəfə böyükdür. Hazırda belə dronlar ancaq 6 dəqiqə və ya 1km uça bilir, amma gələcəkdə alimlər ölçünü kiçiltməyi və iş vaxtını artırmağı planlaşdırırlar.

Niderlan dünyada ən böyük qida və kənd təsərrüfatı məhsullarının ixracatçılarından biridir. Məhz arılar bu ölkədə məhsulun təxminən 80%-ni tozlandırır.
Ölkədə 360 növ arı mövcuddur və onların yarısı məhv olma təhlükəsi altındadır. Belə tendensiya digər ölkələrdə də müşahidə olunur və bunun əsas səbəbi pestisidlər hesab olunur. Tiametoksam kimyəvi elementi dişi arıların yumurta qoymasını əhəmiyyətli dərəcədə azaldır. Bəzi proqnozlara əsasən, bu bəzi arı növlərinin tamamilə məhvinə gətirib çıxara bilər.

İndi istehsalçılar öz layihəsi üçün kommersiya partnyoru axtarırlar.

 

Mənbə: Gismeteo.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR