Dərc edildi: Baxış sayı: 561
Argentina prezidenti abortun qanuniləşdirilməsini istəyir
Argentina prezidenti Alberto Fernandez abort haqqında qanunu yenidən parlamentə təqdim edəcək.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, prezident abortlar nəticəsində qadınların öldüyünü bildirib.
“Bu həll etməli olduğumuz ictimai sağlamlıq problemidir, qanunda bütün qadınlara hər şeyə zəmanət verməliyik. Qanunun 2020-ci ildə müzakirə olunacağı barədə qərar vermişəm. Bu çox ciddi problemdir və qadınların daha ölməsini istəmirəm. Futbol matçlarını müzakirə etməkdən fərqli bir məntiqlə bunu müzakirə etməyimizi istəyirəm”.
Latın Amerikasında aborta yalnız Uruqvay, Kuba və Qayana, eləcə də Puerto Rikoda icazə verilir. Meksikada hamiləliyin könüllü dayandırılması yalnız paytaxtda mümkündür. Latın Amerikası ölkələrinin əksəriyyətində abort yalnız tibbi arayışdan sonra mümkün olur.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət