Dərc edildi: Baxış sayı: 652
Araz Yaquboğlu - Mən niyə varam
Hələ duymamışam, dərk etməmişəm,
Bu eldə, elatda mən niyə varam?
Şübhələr yaradan möcüzəsiylə,
Sirli kainatda mən niyə varam?
Ömrüm keşməkeşli, talehim acı,
Varmı belə dərdin görən əlacı...
Yenilməz vüqarım, başımın tacı,
Atasız həyatda mən niyə varam?
Qəmlərdi ziynəti vuran həyata,
Arazam, ünümə, çətin ün çata!
Gərək torpağına dönəydim, ata,
Bu anda, saatda mən niyə varam?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət