Slimfit
  1. İDMAN

Araz Abdullayev: "Klubla danışdım ki, müqaviləni pozmalıyam"

Araz Abdullayev: "Klubla danışdım ki, müqaviləni pozmalıyam"
Sakura

Araz Abdullayev: "Klubla danışdım ki, müqaviləni pozmalıyam"

“Qarabağ”ın yarımmüdafiəçisi Araz Abdullayev Topaz Premyer Liqanın 4-cü turunda “Sumqayıt”a minimal hesabla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, Ağdam klubunun yeni transferi əvvəlcə debüt oyununu şərh edib.

- Bu matç “Sportinq”lə görüş öncəsi bizim üçün çox vacib idi. İstəyimiz qələbə qazanıb, səfərə daha motivasiyalı getmək idi. Şükürlər olsun ki, istəyimizə nail olduq. Bir müddətdir futbol oynamıram. Düzdür, bir azağır oldu. Amma çalışacağam ki, oyundan-oyuna özümü daha yaxşı göstərim.

- “Panionios”a gedib-qayıtdıqdan sonra səninlə danışmaq imkanımız olmayıb. Hər şeyi özündən eşitmək istəyirik. Niyə həmin klubla müqavilə bağlayıb, sonra qalmaq istəmədin?

- Orada məşqə çıxdım, amma daha sonra klubla danışdım ki, müqaviləni pozmalıyam. Başqa səbəblər var idi. Ona görə də rəhbərliklə danışdıq və ayrıldıq. Bu qədər.

- Bəs “Mattersburq”a keçidin niyə alınmadı?

- Bunlar klublar arasında olan məsələlərdir. Mən futbolçuyam. Klublar öz aralarında danışıblar.

- Yəqin razılaşarsan ki, “Panionios”da qalsaydın da sənin üçün yaxşı olardı...

- İndiki məqamda “Qarabağ”a gəldiyim üçün şadam. Hazırda Azərbaycanın ən güclü klubudur. Karyeramı burada da uğurla davam etdirməyə çalışacağam.


- Belə bir fikir var ki, Araz Qurban Qurbanovun başçılığı altında daha yaxşı oynayacaq...

- Burada həm məşqçi, həm də futbolçuların ustalıq səviyyələri yüksəkdir. Belə bir komandada oynamaq karyeram üçün də yaxşı olacaq.

- Legioner həyatın elə də uğurlu alınmadı. Niyə bizim futbolçular ölkə xaricində çox davam gətirə bilmirlər?

- Mən belə fikirləşmirəm. Ölkə xaricində bacardığım qədər Azərbaycanı yaxsı təmsil etməyə çalışdım. Məncə, normal alındı.

- Sualı bir az başqa cür qoyaq. Hələ gənc yaşlarından sənə ümidlər böyük olub. İstedadın göz qabağındadır. Amma getdiyin komandalarda sabit oynaya bilməmisən. Düşünmürsən ki, “Qarabağ” artıq sənin üçün son şansdır?

- “Qarabağ” elə bir klubdur ki, burada hər bir oyunçu şans gözləyir. Ola bilər, bir az zəif oynayarsan, yerini başqası tuta bilər. Rəqabət olan yerdə inkişaf da var. Heç vaxt rəqabətdən çəkinməmişəm. Bunu oyunla sübut etmək lazımdır. Çünki çox danışmaq olar. Əsas iş meydanda görülür.

- Qarşıda “Sportinq”lə oyun var. Şansları necə dəyərləndirirsən?

- Qrupumuz çox çətindir. İlk növbədə “Sumqayıt”la oyunda qalib gəlmək istəyirdik. Çünki çempion olmaq istəyirsənsə, əvvəlcə ev oyunlarında xal itirməməlisən. “Sportinq”lə oyuna vaxt var. Çalışacağıq ki, bərpa prosesi yaxşı keçsin və oyuna tam hazır olaq.

 

Mənbə : Atv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR