Dərc edildi: Baxış sayı: 329
Araik Arutyunyan terrorizmi təbliğ etməkdə ittiham olunur
Qarabağ separatçılarının qondarma “prezidenti” Araik Arutyunyan Ukraynanın düşmənləri siyahısına daxil edilib.
Ens.az Trend -ə istinadən xəbər verir ki, Ukraynanın “Kanal 5” telekanalının məlumatına görə, ölkənin hərbi kəşfiyyatı Qarabağdakı erməni separatçıları haqqında məlumat toplamağa başlayıb.
Kanalın materialında bildirilir ki, Arutyunyana “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağa cəhd” və “terrorizmi təbliğ etmək” ittihamları irəli sürülüb.
Qeyd edək ki, Araik Arutyunyan 2020-ci ilin oktyabrında Gəncədə dinc əhaliyə qarşı törədilən dörd terror aktında ittiham olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət