Slimfit
  1. AZƏRBAYCAN

AQTA zooparkın ətini kəsib: “Onlar ödənişsiz idi

AQTA zooparkın ətini kəsib: “Onlar ödənişsiz idi
Sakura

AQTA zooparkın ətini kəsib: “Onlar ödənişsiz idi

“Müsadirə olunmuş ətlərin heyvanlara verilmə halı olub. Verilən ətlərin heyvanlara heç bir ziyanı olmayıb”. 

Bunu Cebhe.info-ya Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

Direktorun sözlərinə görə, əvvəllər heyvanlara Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müsadirə olunan ətlər verilirdi, lakin son zamanlar ancaq müqavilə əsasında alınan ətlər verilir: 

“Ümumilikdə heyvanlara malın baş ətini, böyrək, qursaq, toyuq əti verilir. Təbii ki, müsadirə olunmuş ətlər olsa, daha yaxşı olar, çünki onlar ödənişsiz olur və zooparkın fəaliyyətinə müsbət təsir edər. Əvvəllər AQTA-nın müsadirə etdiyi ətlər verilirdi. Ətlər müsadirə olunan zaman, yəni at əti və yaxud mənşəyi məlum olmayan ətlər aşkarlandıqda laboratoriyada yoxlayıb zooparka verirdilər. Son vaxtlar isə bu dayandırılıb, ət vermirlər. Aldığımız ətləri müqavilə ilə “Səhliyalı” müəssisəsindən alırıq”. 

Səyad Həsənli 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR