Slimfit
  1. CƏMİYYƏT

AQTA sədri: "Vahid Sağlamlıq" konsepsiyası günümüzün vacib tələbinə çevrilib

AQTA sədri: "Vahid Sağlamlıq" konsepsiyası günümüzün vacib tələbinə çevrilib
Sakura

AQTA sədri: "Vahid Sağlamlıq" konsepsiyası günümüzün vacib tələbinə çevrilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Vahid Sağlamlıq" konsepsiyasının təşviq edilməsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığa başlayıb və bununla bağlı Tədbirlər Planı hazırlanır.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə AQTA sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.

AQTA sədri qeyd edib ki, “Qida təhlükəsizliyi haqqında” qanunun icrası “Vahid Sağlamlıq” konsepsiyasını aktuallaşdırıb və artıq bu konsepsiya günümüzün qaçılmaz tələbinə çevrilib.

Qeyd olunub ki, Agentlik eyni zamanda biotəhlükəsizlik məsələlərinə diqqəti artırıb və aidiyyəti dövlət orqanları ilə birlikdə biotəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər görülür.

Q.Təhməzli bildirib ki, kürü məhsullarının Avropa İttifaqına ixracının artırılması istiqamətində Agentlik tərəfindən Milli Monitorinq Planı hazırlanıb və Avropa İttifaqına göndərilib. Sözügedən sənəd layihəsi Avropa İttifaqı Komissiyasının 2023-cü il 8 mart tarixli 2023/514 saylı sənədinin əlavəsindəki siyahıya daxil edilmiş və beləliklə, akvakulturada yetişdirilən kürü məhsullarının Avropa İttifaqına ixracına icazə verilib.

Q.Təhməzli, həmçinin deyib ki, Agentlik fəaliyyətə başladığı gündən etibarən əhali arasında sağlam qidalanmanın təşviqi ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirib və bu istiqamətdə tədbirlər davam etdirilir. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda xüsusi elmi komitə yaradılmaqla sağlam qidalanmaya dair “İstehlakçıların əl kitabı” və “Sağlam qidalanma təqvimi” hazırlanacaq. Agentliyin internet saytında, mobil tətbiqində və sosial şəbəkə hesablarında xüsusi bölmələr yaradılacaq.

Azyaşlıların şəkərdən asılılığını azaltmaq, şəkərə olan tələbatının daha təbii yolla qarşılanması məqsədilə 2023-cü ilin fevral ayından etibarən “Məktəblilər üçün kişmiş pilot layihəsi”nin icrasına başlanmışdır. Layihədən Bakı şəhəri Səbail rayonunun 50, 91 və 329 saylı məktəblərinin ibtidai siniflərindən ümumilikdə 337 şagird yararlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR