Slimfit
  1. AZƏRBAYCAN

AQTA sahibkarlara dələduzlarla bağlı xəbərdarlıq edib

AQTA sahibkarlara dələduzlarla bağlı xəbərdarlıq edib
Sakura

AQTA sahibkarlara dələduzlarla bağlı xəbərdarlıq edib

Son günlər Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından istifadə edərək sahibkarlıq subyektlərində qanunsuz yoxlamaların aparılması və müxtəlif tələblər irəli sürməklə vətəndaşlardan hər hansı saxta sənəd və qəbz qarşılığında pul alınması halları ilə bağlı faktlar aşkar olunub.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.

AQTA bildirir ki, həmin hadisələr Agentlik tərəfindən ictimailəşdirilməklə yanaşı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib:

"Buna baxmayaraq, hələ də müxtəlif bəhanələr altında sahibkarlardan saxta sənədlər təqdim etməklə qanunsuz olaraq ödəniş tələb edən şəxslərlə bağlı məlumatlar daxil olmaqdadır.

Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarların diqqətinə çatdırır ki, qurumun fəaliyyət istiqamətləri çərçivəsində aparılan istənilən baxış, monitorinq, yoxlama və s. tədbirlər zamanı yerində hər hansı ödənişin olunması mexanizmi mövcud deyil. Eyni zamanda Agentliyin bu sahədə fəaliyyətini və sahibkarlıq subyektləri ilə birbaşa təması yalnız xüsusi qruplarda təmsil olunan müfəttişlər həyata keçirir. Həmin müfəttiş qruplarından kənar heç bir şəxs və AQTA əməkdaşı müvafiq sahə üzrə sahibkarlıq sturukturuna daxil ola və hər hansı yoxlama həyata keçirə bilməz.

Qida sahəsində fəaliyyət göstərən sahibkarlardan bir daha xahiş olunur ki, müxtəlif adlar altında yoxlama tədbirləri ilə sahibkarlıq subyektinə daxil olan istənilən şəxsdən, eləcə də AQTA əməkdaşından yoxlamanın keçirilməsinə dair aşağıdakı sənədləri tələb etsinlər:

Yoxlamanın aparılmasına dair icazə sənədi - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın aparılmasına dair vahid məlumat reyestrindən çıxarış
Həmin sahibkarlıq subyektində müvafiq yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarın əsli
Yoxlamanı həyata keçirən müfəttişlərin xidməti vəsiqəsi
Yoxlamaya dair əvvəlcədən təsdiq edilmiş yoxlama suallarının siyahısı
Sahibkarın hüquq və vəzifələrinə dair şifahi məlumatın yoxlayıcı tərəfindən izah olunması
Yoxlamanı həyata keçirən müfəttişlərin ad və soyadlarının yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarda öz əksini tapması

Sahibkarların nəzərinə çatdırılır ki, hər hansı tələb və ya xidmət əsasında sahibkarlıq subyektinə daxil olaraq yerində ödəniş tələb edən şəxslər Agentlik əməkdaşları deyil və istənilən halda yerində ödəniş etməsinlər. Bununla bağlı şübhəli məqam olduğu təqdirdə dərhal hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt”inə məlumat versinlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR