Slimfit
  1. AZƏRBAYCAN

AQTA-dan xəbərdarlıq : Bu məhsulu almayın

AQTA-dan xəbərdarlıq : Bu məhsulu almayın
Sakura

AQTA-dan xəbərdarlıq : Bu məhsulu almayın

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.
Azvision.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka - 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilmiş və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. 



Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka - 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur. Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR