Slimfit
  1. AZƏRBAYCAN

AQTA Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsinin fəaliyyətini məhdudlaşdırdı - Açıqlama

AQTA Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsinin fəaliyyətini məhdudlaşdırdı - Açıqlama
Sakura

AQTA Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsinin fəaliyyətini məhdudlaşdırdı - Açıqlama

 Qaradağ rayonu, Lökbatan qəsəbəsi Nizami küçəsində, 166 saylı tam orta məktəbin və Heydər Əliyev Parkının yanında qanunsuz fəaliyyət göstərən ət kəsimi məntəqələri ilə bağlı məlumat vermişdik.

Qanunsuz fəaliyyət göstərən məntəqə barəsində protokol tərtib edilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Belə ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 166 saylı və 139 saylı tam orta məktəblərin yaxınlığındakı qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar ötən ilin noyabr ayında Agentliyin Çağrı Mərkəzinə vətəndaş şikayəti daxil olub. Daxil olmuş şikayət araşdırılıb, Qaradağ rayon polis idarəsinin İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları və Qaradağ İcra Hakimiyyətinin əməkdaşları ilə birgə keçirilmiş reyd zamanı həmin ünvandakı kəsim qurğuları ləğv edilərək qanunsuz fəaliyyətlə məşğul olan sahibkar barəsində 05.11.2019-cu il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə istinadən İnzibati xəta haqqında protokol tərtib edilib.

28-29 yanvar 2020-ci il tarixlərində isə yenidən Agentlik əməkdaşları Qaradağ İcra Hakimiyyəti və Qaradağ rayon polis idarəsinin İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları ilə birgə reyd keçirərkən quraşdırılmış qanunsuz heyvan kəsimi qurğuları ləğv edilib.

Eyni zamanda sahibkarlar bu sahədə maarifləndirilərək heyvan kəsiminin aparılması məqsədilə Qida Təhlükəsizliyinə Nəzarət Məntəqələri mövcud olan kəsim məntəqələrinə yönləndirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi tədbirlər görülür.

Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” ölkə rəhbərinin müvafiq Sərəncamında baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən aidiyyəti tədbirlərin görülməsi öz əksini tapmışdır. Hazırda həmin sərəncama uyğun olaraq AQTA, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilməkdədir.

Könül Cəfərli 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR