Slimfit
  1. AZƏRBAYCAN

“Aqrolizinq” nümayəndələri Ağcabədidə regionun fermer və sahibkarları ilə görüş keçirəcəklər

“Aqrolizinq” nümayəndələri Ağcabədidə regionun fermer və sahibkarları ilə görüş keçirəcəklər
Sakura

“Aqrolizinq” nümayəndələri Ağcabədidə regionun fermer və sahibkarları ilə görüş keçirəcəklər

 Kənd Təsərrüfatı Nazirliyiyanında “Aqrolizinq” ASC “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. 

"Report" xəbər verir ki, bu barədə dövlət şirkətinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, “Aqrolizinq”in bir qrup rəhbər işçiləri bu layihə layihəsi çərçivəsində oktyabrın 13-də Ağcabədi rayonunda sakinlərlə görüş keçirəcəklər. Saat 11:00-da Bayraq Muzeyində keçiriləcək görüşdə Ağcabədi, Zərdab, Beyləqan, Xocavənd, Füzuli, Bərdə, Ağdam, və Tərtər rayonlarının sakinləri iştirak edəcəklər.

Görüşün əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.

Görüşdə iştirak etmək istəyənlər Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (050 318-88-76) müraciət edə bilərlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR