Slimfit
  1. İQTİSADİYYAT

“Aqrolizinq” daha 30 vətəndaşa güzəştli müqavilələr təqdim edib Salyanda

“Aqrolizinq” daha 30 vətəndaşa güzəştli müqavilələr təqdim edib Salyanda
Sakura

“Aqrolizinq” daha 30 vətəndaşa güzəştli müqavilələr təqdim edib Salyanda

Şirvan, Sabirabad, Saatlı, İmişli, Salyan, Neftçala və Hacıqabuldan olan 1392 istifadəçiyə 2005-ci ildən bəri lizinq yolu ilə 4304 ədəd kənd təsərrüfatı texnikası verilib

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində növbəti tədbiri sentyabrın 8-də Salyanda keçirib. Salyandakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şirvan, Salyan, Neftçala, Saatlı, Sabirabad, İmişli və Hacıqabulda pambıq əkini ilə məşğul olan şirkətlərin nümayəndələri, fermerlər, məhsul istehsalçıları və sahibkarlar iştirak ediblər.

Görüşdə fermerlər “Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlığın, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə məlumatlandırılıblar. Həmçinin vətəndaşlar tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə maarifləndiriliblər. Diqqətə çatdırılıb ki, layihənin məqsədlərindən biri də vətəndaşlara ASC-nin əlçatanlığının və yaxınlığının təmin edilməsi, bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həlli istiqamətində addımların atılmasıdır.

Sonra sahibkarların, fermerlərin və məhsul istehsalçılarının qarşılaşdıqları problemlər və onların həlli yolları müzakirə edilib, təkliflər dinlənilib.

Tədbirin sonunda region üzrə 30 vətəndaşa güzəştli müqavilələr təqdim edilib.

Daha sonra fermer Azər Ağayevin yaratdığı kooperasiya təsərrüfatı ilə tanışlıq olub.

Qeyd edək ki, “Aqrolizinq” ASC yarandığı 2005-ci ildən etibarən Sabirabad, Saatlı, İmişli, Salyan, Neftçala, Hacıqabul rayonları və Şirvan şəhərindən olan 1392 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 103 milyon 985 min 306 manatlıq 4304 ədəd kənd təsərrüfatı texnikası verilib.

Mənbə: SİA

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR