Slimfit
  1. AZƏRBAYCAN

Aqrar Universitetdə “Kənd təsərrüfatının inkişafı - elm” mövzusunda beynəlxalq konfrans keçirilib

Aqrar Universitetdə “Kənd təsərrüfatının inkişafı - elm” mövzusunda beynəlxalq konfrans keçirilib
Sakura

Aqrar Universitetdə “Kənd təsərrüfatının inkişafı - elm” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Kənd təsərrüfatının inkişafı - elm” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU-nun innovativ texnologiyalar sahəsində fəallığının artırılmasının əsas istiqamətləri, praktik yönümlü tədrisin vacibliyi, elmi-tədqiqat işlərinin mövzularının sahibkarların tələblərinə uyğunlaşdırılması və kommersiyalaşdırılması, universitet-fermer əlaqələrinin gücləndirilməsi məsələlərindən danışıb.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov konfransın işinə uğurlar arzulayaraq qeyd edib ki, beynəlxalq tədbir aqrar sahənin inkişafında innovasiyaların rolunun artırılması mövzusuna həsr olunub.

“Aqrar sahibkarlığın inkişafı - innovasiyalar” mövzusunda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru Elçin Zeynalov müasir dövrdə aqrar sahədə sahibkarlığın inkişafında və innovasiyaların tətbiqində dövlət dəstəyinin rolu, aqrar elm və aqrar təhsilin sahibkarlıq fəaliyyətinə inteqrasiyası barədə məruzə edib.

Konfransda iştirak edən Rusiya Dövlət Yerquruluşu Universitetinin rektoru, akademik Sergey Volkovun “Elektron kənd təsərrüfatı - torpaqdan ağıllı istifadə və yerquruluşunun yeni texnologiyaları”, Miçurin Dövlət Aqrar Universitetinin rektoru, professor Vadim Babuşkinin “Miçurin Dövlət Aqrar Universitetində peşəyönümlü işlər - aqronomluq, biologiya və texnika sahəsində innovasiyalar”, K.A.Timiryazev adına Moskva Dövlət Aqrar Universitetinin Bitki mühafizəsi kafedrasının müdiri, professor Fevzi Cəlilovun “Bitki mühafizəsinin müasir problemləri”, Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Bəşirovun “İqlim dəyişikliklərinə uyğunlaşan ağıllı kənd təsərrüfatı təcrübələrinin tətbiqi” mövzusunda məruzələri dinlənilib.

Həmçinin ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov “Aqrar sahənin innovativ inkişafında dövlət - özəl sektor (biznes) əməkdaşlığının rolu”, Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov “Azərbaycanda kənd təsərrüfatının subsidiyalaşdırılması - dünya təcrübəsi”, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Fariz Ələkbərov “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının texnologiyası: mövcud vəziyyət, problemlər və perspektivlər”, Kənd təsərrüfatı texnikası kafedrasının dosenti Urfan Tağıyev “Kənd təsərrüfatı məhsullarının realizə edilməsində logistikanın rolu” mövzularında maraqlı məruzələrlə çıxış ediblər.

Tədbirdə ADAU-nun professor müəllim-heyəti ilə yanaşı fermerlər, ətraf rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin, elmi-tədqiqat institutlarının direktorları, habelə Azərbaycan mənşəli fransız alimi Əhməd Xeyirpur iştirak edib.

Sonda Rusiya Dövlət Yerquruluşu Universitetinin rektoru Sergey Volkova və Miçurin Dövlət Aqrar Universitetinin rektoru Vadim Babuşkinə “ADAU-nun fəxri doktoru” diplomları təqdim olunub.

Konfrans iştirakçıları ADAU-nun Bitki və baytarlıq klinikaları, torpaqşünaslıq və aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə laboratoriyaları, istixanaları, eksperimental heyvandarlıq kompleksi, təlim mərkəzləri, tələbə evləri və digər təsisatları ilə yaxından tanış olublar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR