Dərc edildi: Baxış sayı: 552
Aqrar Subsidiya Şurası yaradılıb –Buğda əkininə görə 200 manat ödəniləcək
“Cənab Prezident fərman verib ki, əmək subsidiyaları artırılsın”.
Moderator.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib.
O, qeyd edib ki, artıq Aqar Subsidiya Şurası yaradılıb.
“Bu il senytabrın əvvəlindən bildirilib ki, aqrar subsidiyalar yeni qaydada - elekron sistem üzərindən veriləcək. Həmin sistemdə subsidiyalar əmsallara görə verilir. Qeyd edim ki, buğdada 1.0 əmsalı götürülüb. Buğdaya düşən subsidiya əvvəl 90 manat idisə, indi 200 manat ödəniləcək”, - deyə mətbuat katibi bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət