Slimfit
  1. AZƏRBAYCAN

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb
Sakura

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək.

Ölkə.Az” xəbər verir ki, bu məsələ yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, dövlət aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyən edir, aqrar sığorta sisteminin tətbiqinə nəzarət edir, sistemin inkişafı üçün tədbirlər görəcək.

Aqrar sığortanın predmetlərinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanlarları, dəvə, lama və dəvə quşları daxildir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri üzrə sığortalanırlar. Aqrar sığorta haqqı aqrar sığortalı tərəfindən ödənilməli olan hissədən, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissədən ibarət olacaq. Aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR