Slimfit
  1. İQTİSADİYYAT

Aqrar İnkişaf Mərkəzlərində Fermer və Koordinasiya Şuraları yaradılır

Aqrar İnkişaf Mərkəzlərində Fermer və Koordinasiya Şuraları yaradılır
Sakura

Aqrar İnkişaf Mərkəzlərində Fermer və Koordinasiya Şuraları yaradılır

Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin formalaşması prosesi davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən "Kommersant.az"a verilən məlumata görə, hazırda DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılması prosesinə start verilib.

Artıq Ağsu, Lənkəran, Şəki, Sabirabad, Gədəbəy, Xaçmaz və digər bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində Fermerlər və Koordinasiya Şuralarının təsis olunmasına dair iclaslar keçirilib. İclaslarda yerli fermerlərə yeni yaradılan Şuraların funksiya və vəzifələri barədə məlumat verilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Fermer və Koordinasiya Şuralarına DAIM-in direktor müavini ictimai əsaslarla rəhbərlik edir. Şuralar kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunur. Fermer Və Koordinasiya Şuralarının əsas vəzifələri fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR