Slimfit
  1. CƏMİYYƏT

Apteklərdə tibbi maska niyə yoxdur?

Apteklərdə tibbi maska niyə yoxdur?
Sakura

Apteklərdə tibbi maska niyə yoxdur?

Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə bu günə qədər ölkəmizdə koronovirusa yoluxma halı qeydə alınmayıb.Əgər belə hal baş verərsə həmin xəstələr dərhal dövlət tərəfindən  bütün lazimi avadanlıqla təhciz edilmiş xəstəxanalara yerləşdiriləcək.Ancaq insanlar bu təhlükədən qorunmaq üçün bir neçə gündür ki, spirt və qoruyucu maskalar almaq üçün apteklərə üz tutublar.

Bəzi apteklər maskaların qiymətini artıraraq  30-40 qəpiyə satırlar.

Bəs nəyə görə əksər apteklər  maskaların satışını dayandırıb? Əczaçılar deyirlər ki, bu günə kimi Azərbaycana tibbi maskalar Türkiyə və çindən gətirirdi.Çində yaşanan son vəziyyətlə bağlı bu ölkədən tibbi maskaların idxalı dayandırılıb.

Səhiyyə Nazirliyinin baş infeskionist Cəlal İsayev deyir ki,bu virusun ilkin əlamətləri  baş ağrısı, yüksək hərarət,üşütmə ,iştah pozğunluğu,boğazda ağrı,öskürək və zökəm əlamətləridir. Odur ki, bu kimi hallarla qarşılaşan vətəndaşlar dərhal həkimə müraciət etməlidirlər

Cəlal  İsayevin  sözlərinə  görə  xəstəliyin ölkəmizdə yayılmaması üçün vətəndaşlarımız İrana  səfərdən çəkinməlidirlər.Bəs virusdan qorunmaq üçün insanlar nələrə diqqət etməlidirlər.

Onuda bildirək ki, Çində peyda olan və bütün dünyanı cənginə alan koronovirus epidemiyasının  peyvəndi, dünya alimləri tərəfindən  bu günə kimi müəyyə edilməyib.

Mənbə: Spacetv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR