Dərc edildi: Baxış sayı: 587
Aprel savaşı: Ermənistan Azərbaycana niyə məğlub oldu? – Sərkisyan danışacaq
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Azərbaycanla aprel döyüşlərini araşdırmaq üçün yaradılmış komissiyanın qarşısında hesabat verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə komissiyanın rəhbəri Andranik Köçəryan məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə baş verən hadisələri aydınlaşdırmaq üçün komissiyaya 40-a yaxın şəxsin dəvət edilməsi planlaşdırılır, bunların arasında Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da var.
Köçəryan qeyd edib ki, 2016-cı ildə baş verən aprel döyüşləri zamanı o, prezident kimi ali baş komandan olub, buna görə də komissiyaya dəvət edilməsi məntiqlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət