Dərc edildi: Baxış sayı: 443
Aprel müharibəsinin 3-cü ildönümü münasibətilə Feysbukda kampaniya başladılıb
Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Aprel müharibəsinin 3-cü ildönümü münasibətilə Feysbukda kampaniya başladılıb.
Kult.az xəbər verir ki, döyüşlərdə həlak olmuş şəhidlərimizin daha çox tanınması məqsədilə Feysbukda tanınmış şəxslər və KİV nümayəndələri “Şəhidlər” kampaniyasına start verib.
Belə ki, hər kəs Aprel şəhidlərindən birinin fotosunu paylaşaraq, onun haqqında məlumatı qeyd edir və özündən sonra bu kampaniyanın davam etməsi üçün estafeti digər sosial şəbəkə istifadəçisinə ötürür.
Qısa müddət ərzində kampaniyaya xeyli insan qoşulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət