Slimfit
  1. AZƏRBAYCAN

Aprel döyüşlərinə həsr olunmuş yazı müsabiqəsinin nəticələri açıqlandı

Aprel döyüşlərinə həsr olunmuş yazı müsabiqəsinin nəticələri açıqlandı
Sakura

Aprel döyüşlərinə həsr olunmuş yazı müsabiqəsinin nəticələri açıqlandı

Aprel döyüşlərinin dördüncü ildönümünə həsr olunmuş “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsinin qalibləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, müsabiqəni “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirib.

2016-cı il 1-4 aprel tarixlərində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərin dördüncü ildönümünə həsr olunmuş “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi ölkənin 10 ali təhsil müəssisəsinin iştirakı ilə keçirilib.

Müsabiqə üç mövzunu – “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Mənəvi dəyərlərimiz”, “Azərbaycançılıq məfkurəsi” - əhatə edib.

“Vətənpərvərlik və şəhidlik zirvəsi” mövzusunda 228, “Mənəvi dəyərlərimiz” mövzusunda 52, “Azərbaycançılıq məfkurəsi” mövzusunda isə 43 esse yazı təqdim olunub.

Bildirilir ki, esse yazı müsabiqəsində tələbələr fəal iştirak ediblər. Üç mövzuda 323 esse münsiflər tərəfindən dəyərləndirilərək, müsabiqəyə qəbul edilib. Elektron ünvana göndərilən, lakin qeyd edilən şərtlərə uyğun olmayan esselər isə müsabiqəyə qəbul edilməyib. Müsabiqədə iştirak edən universitetlərin fəallıq göstəricisi də qeyd olunub:

Bakı Dövlət Universiteti - 94 esse
Bakı Slavyan Universiteti - 64 esse
Azərbaycan Dövlət Pedaqoji Universiteti - 55 esse
Lənkəran Dövlət Universiteti - 26 esse
Bakı Ali Neft Məktəbi - 21 esse
Bakı Mühəndislik Universiteti - 19 esse
Dövlət İdarəçilik Akademiyası - 16 esse
Gəncə Dövlət Universiteti - 15 esse
Azərbaycan Memarlıq və İnşaat Universiteti - 8 esse
Azərbaycan İlahiyyat İnstitutu - 5 esse

Esselər elektron ünvana daxil olduqdan sonra qiymətləndirmənin obyektivliyini təmin etmək üçün kodlaşdırılaraq münsiflər komissiyası tərəfindən yoxlanılıb.

Müsabiqə qaliblərinin siyahısını təqdim edirik:

1-ci yer - Əhmədov Rəşad Bəxtiyar oğlu - BANM-nin kimya mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsi;

2-ci yerlər - Vəliyeva Günəş Ələsgər qızı - BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 2-ci kurs tələbəsi;

Balakişiyeva İlahə Rafail qızı - DİA-nın siyasi idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi;

3-cü yerlər - Bayramlı Nizami İmran oğlu – BSU-nun tələbəsi;

Mirhüseynli Nuranə Mirhəmid qızı – BMU-nun pedaqoji fakültəsinin 5-ci kurs tələbəsi;

Həsənova Arzu Rahib qızı – BDU-nun sosial-psixoloji xidmət fakültəsinin 2-ci kurs tələbəsi.

Daha beş nəfərə isə həvəsləndirici mükafatlar verilib:

Pirəliyeva Səadət Elşad qızı – ADPU-nun pedaqoji fakültəsinin 4-cü kurs tələbəsi;

Fərzəliyev Xəyal Vüqar oğlu – BANM-nin informasiya təhlükəsizliyi fakültəsinin 2-ci kurs tələbəsi;

Mirzəyeva Nuranə Şıxəli qızı – ADPU-nun filologiya fakültəsinin 1-ci kurs tələbəsi;

Əlinur Ziya Əlövsət oğlu – LDU-nun təbiət fakültəsinin 4-cü kurs tələbəsi;

 

Əliyeva Nigar Ramiz qızı - BDU-nun filologiya fakültəsinin 3-cü kurs tələbəsi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR