Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Aprel döyüşlərində şəhid olan Milli Qəhrəmanın doğum günüdür

Aprel döyüşlərində şəhid olan Milli Qəhrəmanın doğum günüdür
Sakura

Aprel döyüşlərində şəhid olan Milli Qəhrəmanın doğum günüdür

Bu gün – 31 mart tarixi Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin mərhum zabiti Murad Mirzəyevin doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, Murad Mirzəyev 2016-cı il aprelin 4-də Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Zabitin nəşi həlak olandan bir neçə gün sonra - aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib.

Murad Mirzəyev 2016-cı il aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.

Şəhid Murad Mirzəyev 1976-cı ilin 31martında Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmağa can atan Mirzəyev atasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib.
 

Murad Mirzəyev Azərbaycan Ordusunun zabiti kimi Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada keçirilən hərbi təlimlərdə iştirak edib.

 

Murad Mirzəyev 2004-cü ildə  ailə həyatı qurub. Şəhidin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

 

2016-cı ilin mayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR